Göygöldə avtomobil qəzası baş verib, xəsarət alanlar var

OXUNUB: 541 HADİSƏ

Göygöl şəhərində 2 avtomobilin toqquşması 2 nəfərin xəsarəti ilə nəticələnib.

Səhər saatlarında "VAZ-2106" markalı avtomobillə "VAZ-21099" markalı avtomobilin toqquşması nəticəsində iki nəfər, Ruslan Mehdiyev və Teymur Musayev xəsarət alıb. Hər iki şəxsin vəziyyətinin normal olduğu bildirilir.

Qəzanın baş vermə səbəbləri isə Dövlət Yol Polisinin əməkdaşları tərəfindən araşdırılır./report

 

İcmal.Az

RƏYLƏR