Göygöldə yük avtomobili yanıb

OXUNUB: 578 HADİSƏ

Bakı-Qazax yolunda avtomobil yanıb.

 

Yolun Göygöl rayonu Hacıməlik kəndindən keçən hissəsində 1978-ci il təvəllüdlü Həmid Rəhimov nar ilə yüklü olan "QAZel” markalı yük avtomobil anidən alışıb. Əraziyə Göygöl rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alov söndürülsə də, avtomobil tam yararsız hala düşüb. Hissədən verilən məlumata görə yanğın zamanı xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır./apa

 

 

İcmal.Az

RƏYLƏR