Hacı Əliyev rusiyalı güləşçiyə cavab verdi: Gücü qalmamışdısa, döşəyə çıxmazdı

OXUNUB: 854 İDMAN

Yaxınlarda sərbəst güləş üzrə rusiyalı idmançı Hacımurad Rəşidov ölkəsinin mətbuatına verdiyi müsahibə ilə diqqətləri öz üzərinə çəkmişdi.

 Dağıstandan olan idmançı müsahibəsində karyerasında güləşdiyi ən çətin rəqiblərin adlarını açıqlasa da, bu ilin avqustunda Fransanın paytaxtı Parisdə keçirilmiş dünya çempionatının finalında uduzduğu Hacı Əliyevin adını çəkməyib.

Halbuki 3 qat dünya çempionu olmuş Hacı Əliyev onu çox asanlıqla məğlub edib. 61 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 7:1 öndə olduğu görüşdə tuşe fəndi (rəqibin kürəyini döşəyə sıxma) ilə qalib gəlib.

Məsələyə bu il "2017-ci ilin idmançısı” seçilmiş Hacının özündən münasibət öyrənməyə çalışdıq. O, Hacımurad Rəşidovun cavabını belə verdi: 

"Həmin müsahibədən xəbərim var, oxumuşam. O deyir ki, finalda güləşməyə gücüm qalmamışdı deyə, mənə uduzub. Gücü qalmamışdısa, döşəyə çıxmazdı. Ümumiyyətlə, o, mənim finallarda qarşılaşdığım ən zəif rəqiblərdən biri idi. Heç inanmıram ki, növbəti dünya çempionatında o, finala çıxsın”./oxu

İcmal.Az

RƏYLƏR