Hacı İbrahimin "Xəzər adaları", yarımçıq parlament binası, 127 ildir davam edən tikinti (SİYAHI)

OXUNUB: 962 GÜNDƏM Özəl TƏHLİL
Bəlkə də dünyanın hər ölkəsində şəhərin görünüşünü və sosial rifahını dəyişdirəcək, çoxlu turist axınına səbəb ola biləcək binalar var ki, hansısa səbəblərdən yarımçıq qalıb və ya ümumiyyətlə inşa edilməyib.

Qaynarinfo həmin layihələrdən bəzilərini sizə təqdim edir:
 
Rugen Hoteli - Pyonqyanq, Şimali Koreya


Şimali Koreyada sözügedən göydələnin inşasına 1987-ci ildə başlanılıb. Layihənin 2 il müddətinə tamamlanması planlaşdırılmışdı, lakin proses get-gedə
uzanıb və bu günə qədər də başa çatdırılması mümkün olmayıb. Heç bir müştərisi olmayan 107 mərtəbəli hotelin hündürlüyü 330 metrdir.
 
UNO evləri - Sanji, Tayvan



1970-ci ildə Sanjidə tətil binaları yaratmaqla bağlı təklif irəli sürülür. Binalar futuristik görünüşə sahib uçan boşqablara bənzədilməli idi. Evlərə dəbdəbəli pilləkənlərlə qalxmaq və sürüşərək birbaşa okeana getməyin mümkün olacağı ehtimal edilirdi. 

1980-ci ildə layihənin tamamlanması istiqamətində işlər görülməyə başladı, lakin iqtisadi böhran səbəbindən tikinti yarımçıq qaldı. İnşaatın tamamlana bilməməsinə səbəb olan digər bir amil isə işçilər arasında intihar hallarının artması olur. Cəmiyyətdə məkanın lənətləndiyi və UNO-ların işə mane olduqları ilə bağlı şayiələr yayılmağa başlayır. Qısası layihənin davamı gəlmir və 2008-ci ilə qədər tərk edilmiş bir kosmodroma bənzəyən olduqca təəccüblü bir mənzərə ortaya çıxır. Nəhayət rəsmilər bu binaları sökmək qərarına gəlirlər.
 
Kafedral - Yepiskop mərkəzi, Nyu-York, ABŞ


 
Dünyanın ən böyük kafedrallarından biri olacaq bina da tamamlanmayıb. İnşasına 1892-ci ildə başlanılan binada 1899-cu ildə ilk xidmət göstərilməyə başlanılmışdı. Kilsənin inşası 1911-ci ildə yenidən davam etdirilir və Bizans-Roma üslubunda deyil, nyu-Qotik üslübda hazırlanması qərara alınır. Lakin 1999-cu ildən bəri maliyyə çatışmazlığı səbəbindən işlər dayandırılıb və nə zaman davam etdiriləcəyi də məlum deyil.
 
Parlament binası - Vellinqton, Yeni Zelandiya


 
1907-ci ildə güclü yanğın səbəbindən parlament binası yararsız vəziyyətə düşür və daha dözümlü bina tikilməsinə qərara verilir. Layihə 1911-ci ildə təsdiqlənir və 1914-cü ildə inşasına başlanılır.

İnşaat bir müddət aparıldıqdan sonra dayandırılır, lakin 1995-ci ildən bəri binanın içərisində və ətrafında tamamlama işləri görülməyib. Hazırda məclis üzvləri inşası tamamlanmamış olaraq qəbul edilən binada otururlar.
 
Saqrada Familia - Barselona, İspaniya


 
Saqrada Familiya bəlkə də dünyanın ən məşhur bitməyən layihəsidir. Son məlumatlara görə,, işlər 2026-cı ildə başa çatdırılacaq. Həqiqətən də Antonio Qaudi kafedralının görünüşü ildən ilə dəyişir və yeni xüsusiyyətlər əlavə olunur.

Ölkə və şəhər rəsmiləri kafedralın inşası üçün maliyyə ayırmırlar. Əsas maliyyə mənbəyi turistlərin və xeyriyyəçilərin bağışladığı pullardır. Lakin bu pullar layihənin tamamlanmasına kifayət etmir. Hətta bəzi memarlar kafedralın inşasının başqa bir əsrdə tamamlanacağına inanırlar.
 
Xəzər Adaları - Bakı, Azərbaycan


 
Hazırda tikintisi dayandırılmış, Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edəcək süni arxipelaq şəhəri...

Layihə "Avesta" şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxmışdı. Ümumi dəyəri 100 mlrd. dollar olan layihə çərçivəsində 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılırdı. Burada 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower (Azərbaycan qülləsi‎) tikiləcəkdi (tikilərsə dünyanın ən hündür binası olacaqdı). Həmçinin dünyanın ən böyük məscidinin tikilməsi də planlar arasında idi. Bütün bu tikililərin 9.0 ballıq zəlzələyə davam gətirə biləcəyi söylənilirdi. 2020-2025-ci illərdə başa çatdırılacağı planlaşdırılan layihə çərçivəsində həmçinin 150 körpünün və 1 hava limanının tikilməsi də nəzərdə tutulmuşdu.

Tikinti işlərinə 2011-ci ilin mart ayında başlanılıb. Layihənin əsas hissəsinin tikintisi üçün 60 mlrd. dollar tələb olunurdu. Bu məbləğin yarısı xaricdən cəlb olunacaq, yarısı isə mənzil satışlarından gələn gəlirin hesabına əldə ediləcəkdi.
 
"Avesta" şirkətinin prezidenti Hacı İbrahim Nehrəmliaçıqlamasında bildirmişdi ki, Amerika, Türkiyə, ərəb və Çin investorlarının layihəyə maraq göstərirlər. 2012-ci ilin iyul ayında türk iş adamı Əli Ağaoğlunun layihəyə 125 mln. dollar, Qətərin dövlət şirkətinin 1 mlrd. dollar yatıra biləcəyi haqqında məlum yayılmışdı. 2013-cü ilin yanvar ayında AzərTAc agentliyinin verdiyi məlumata görə, layihə çərçivəsində 3 böyük şirkətlə müqavilə imzalanmışdı. Müqavilənin ilkin dəyəri 510 milyon avro idi. Martın 2-si məlum oldu ki, Kanada dövlət agentliyi "Export Development Canada" tikinti layihəsinin reallaşdırılması üçün dörd milyard dollaradək məbləğdə kredit ayıracaq. 2013-cü ilin oktyabr ayında adalarda inşa edilmiş idman və stadionlar kompleksinin açılışı olub. Nəhayət tikinti 2015-ci ildə dayandırılıb.
 
Qeyd edək ki, Hacı İbrahim Nehrəmli Beynəlxalq Bankdan götürülən külli miqdarda krediti ödəmədiyi üçün bir müddət həbsdə yatıb.
 
Çingiz Səfərli

RƏYLƏR