Hacıqabulda evakuator yük maşını ilə toqquşdu - Xəsarət alan var

OXUNUB: 658 GÜNDƏM HADİSƏ
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Hacıqabul rayonu ərazisində "Mercedes” markalı evakuator ilə "KamAZ" markalı yük avtomobili toqquşub.

Nazirlikdən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes” markalı evakuatorun sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

RƏYLƏR