Hadı Rəcəblinin səlahiyyətli nümayəndəsi xaricdəki müxalifəti belə dəstəklədi - FOTOFAKT

OXUNUB: 2119
İCMAL.az xəbər verir ki, Hadı Rəcəblinin nəticələri ləğv ediləndən sonra onun səlahiyyətli nümayəndəsi Şadil Rəcəbli müxalif fikirləri təbliğ etməyə başlayıb. O cümlədən, Sevinc Osmanqızının prezidentə və iqtidara qarşı sərt fikirlər səsləndirdiyi yayımı öz səhifəsində təbliğ edib. YAP namizədləri arasında xalq tərəfindən ən çox etirazla qarşılanan Hadı Rəcəbli və Aydın Mirzəzadə oldu. Hadı Rəcəblinin dairəsi ləğv edilsə də, digəri ilə bağlı şikayət MSK-da hələ baxılmayıb. Görünən odur ki, hər 2 deputat 20 ildən çoxdur hədiyyə verilən mandatla vidalaşmaq istəmirlər və anti-azərbaycan qüvvələri ilə təmaslar qurmağa çalışırlar. Məlumat üçün qeyed edək ki, Şadil Rəcəbli həm də Hadı Rəcəbliin əmisi oğlu və və "Palıdlı Sahil" restoranın direktorudur. /xeberim.com
Sözügedən fotofaktları təqdim edirik:

 


RƏYLƏR