Hadisənin bahalı çimərliyi darmadağın edildi

OXUNUB: 1097 ŞOU-BİZNES
Müğənni Hadisənin 2 il əvvəl Bodrumda açdığı "La Plaj” çimərliyi bələdiyyə tərəfindən dağıdılıb. 

 
İcmal.Az Türkiyə mediasına istinadən xəbər verir ki, çimərliyi ona satan şəxslə məhkəməlik olan ifaçı başqa problemlə üzləşib.Belə ki, Hadisənin dəbdəbəli və bahalı çimərliyinin sənədsiz olduğu ortaya çıxıb. Bələdiyyə bu səbəbdən bulldozer və traktorlarla çimərliyi dağıdıb. 

Xatırladaq ki, "La Plaj”ın sahibi Hadisənin 1,9 milyon lirəlik (təxminən 950 min manat) borcu olduğunu və ödəmədiyini iddia edərək onu məhkəməyə vermişdi.
 
İcmal.Az

RƏYLƏR