Hafiz Hacıyev: "Əsas rəqibim İlham Əliyevdir"

OXUNUB: 2351 GÜNDƏM SİYASƏT

Fevralın 10-da Müasir Müsavat Partiyasının (MMP) Siyasi Şurasının növbədənkənar iclası keçirilib. İclasında Müasir Müsavat Partiyasının prezident seçkilərində iştirak etməsi və partiya sədri Hafiz Hacıyevin prezidentliyə namizədliyinin irəli sürülüb. Martın 10-u Mərkəzi Seçki Komissiyası tərəfində H. Hacıyevin namizədliyi qeydə alınıb.

Artıq tanınmış blogger Bəxtiyar Hacıyev sosial şəbəkələrdə H. Hacıyevin təbliğat-təşviqat kampaniyasına start verib. Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən Hafiz Hacıyevtəbliğat-təşviqat kampaniyasının aparılması ilə bağlı hər bir vətəndaşa, dosta, qohuma minnətdar olduğunu deyib: "Eyni zamanda xalqıma minnətdaram. Kim nə iş görürsə, mənim xeyrimə görür. Çalışırlar ki, səs toplayım. Bəxtiyar müəllim də çox sağ olsun, təşəkkür edirəm. Eləcə də təbliğat-təşviqat kampaniyasına qoşulan hər kəsə minnətdaram. İstərdim Azərbaycan xalqı mənə səs versin. Bunu kim istəməz? Ona görə də sosial şəbəkələrdə Bəxtiyar Hacıyevin mənim xeyrimə təbliğat-təşviqat kampaniyasına start verməsini müsbət qiymətləndirirəm. Çox sağ olsun, hamıya minnətdaram. Ən şanslı namizəd özüməm. Əsas rəqibim isə Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevdir”.

Anar Cəfərov

BNEWS.az

RƏYLƏR