Hakim futbolçunu vurdu, sonra da oyundan qovdu - VİDEO

OXUNUB: 770 İDMAN

Fransa çempionatının 20-ci turunda "Nant” – PSJ” matçının əsas hakimi Toni Şapron meydan sahiblərinin oyunçusu Dieqo Karlosu vurub və sonra ona qırmızı kart göstərib.

İcmal.Az "Report”a istinadən  xəbər verir ki, bu barədə "Globo” məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu, oyunun sonlarında baş verib. Belə ki, qarşılaşmanın 90-cı dəqiqəsində "Nant”ın müdafiəçisi Karlos Şaprona ilişib. Nəticədə hakim qazonun üstünə yıxılıb. Hakim dərhal futbolçunu ayaqla vurub.

Bundan sonra Şapron Karlosa futbolçya matçda ikinci sarı vərəqəni göstərib. Bundan əlavə, hakim "PSJ”nin xeyrinə cərimə zərbəsi də təyin edib.

 

İcmal.Az

RƏYLƏR