Hakim generala məktub göndərdi - “26 noyabr 2016-cı il tarixdən sonra...”

OXUNUB: 894 HADİSƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Ayaz Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə baxış mərhələsi davam etdirilib.

Zərərçəkən Verdiyevin istintaqa ifadəsi ilə məhkəmədəki ifadəsi arasında ziddiyyət olduğu bildirilib. O, bir ifadəsində Ayazın əlində silah olduğunu, digər ifadəsində isə silah görmədiyini deyib. Hakim bildirib ki, Verdiyev yenidən dindiriləcək.

Bundan sonra şahid Həsənov Bəhruz Səxavət oğlunun məhkəmədən yayındığı bildirilib. Onun barəsində məcburi gətirilmə qərarı çıxarılsa da, B.Həsənovu tapmaq mümkün olmayıb.

Hakim R.Salmanov deyib ki, qeyd edilən ad-soyadda Azərbaycanda 32 adam var. 

B.Salmanovun anası oğlunun Dubayda olduğunu deyib. Buna görə də hakim bununla bağlı göndərilən rəsmi sorğunu elan edib. Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevə göndərilən məktubda şahid Bəhruz Həsənovun məhkəmə işi başlayan gündən, 26 noyabr 2016-cı il tarixdən sonra ölkədən çıxıb-çıxmaması barədə məlumat verilməsi istənilib.

Məhkəmə prosesi iyunun 5-də davam etdiriləcək.

Qeyd edək ki, A.Əliyev quldurluq yolu ilə hədə-qorxu gələrək pul almaqda ittiham edilir.

İcmal.Az

RƏYLƏR