Hakim oğlunu öldürən həkim oğlu yenidən məhkəmə önündə

OXUNUB: 874 HADİSƏ

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəyi Allahverdiyevin 19 yaşlı oğlu Rüfət Allahverdiytevi maşınla vuraraq ölümünə səbəb olmaqda təqsirləndirilən Rəhim Kərimovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə 2016-cı il mayın 11-də gecə saat 03 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Belə ki, Bakı şəhər sakini Rəhim Kərimov idarə etdiyi "Mercedes” markalı avtomobil piyada Rüfət Allahverdiyevi vurub. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb, mayın 12-də orada dünyasını dəyişib. 19 yaşlı Rüfət Allahverdiyev ADA universitetinin tələbəsi olub. 

Hadisəni törədən R.Kərimovun atası Yüzasif Kərimov Mərkəzi Klinik Xəstəxananın baş həkimi olub. Hadisədən sonra vəzifəsindən çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Kərimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Bu cəza həm müdafiə tərəfini, həm zərərçəkmiş tərəfi, həm də ittihamçını razı salmayıb. R.Kərimovun vəkili və mərhum R.Allahverdiyevin hüquqi varisi hökmdən apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.

 

İcmal.Az

RƏYLƏR