Qız dostunu oğru hesab etdiyi üçün öldürdüyünü sübut etməyə çalışan Pistorius dünən baş tutan iclasda protez ayaqları olmadan nə qədər çətinlik çəkdiyini göstərmək üçün protezləri çıxıb salonda gəzib. Gəzərkən çətinlik çəkən Pistorius hakimin xahişi yerinə yetirən zaman göz yaşlarını saxlaya bilməyib.
Qətlə yetirilən qızın atası isə prokurordan silahdan dörd dəfə atəş açılaraq öldürülən Steenkampın qanlar içindəki fotoşəkillərinin məhkəmədə göstərilməsini tələb edib. Hakim Thokozile Masipa Steenkampın altı fotoşəkilinin dərc olunmasına icazə verib./sonxeber
İcmal.Az