Hamburq iğtişaşlarında 200 polis əməkdaşı yaralandı

OXUNUB: 800 DÜNYA
"G20" sammiti keçirilən Hamburq şəhərində etiraz nümayişləri davam edir.

İcmal.Az xəbər verir ki, şəhər polisi əvvəlcədən 160 polis əməkdaşının xəsarət aldığını bildirsə də, sonradan say artıb. Polisdən deyilib: "Xəsarət alan polislərin məlum sayı 196 nəfərdir".

Qeyd edək ki, Hamburqda 7-8 iyul tarixləri arasında "G20" sammiti keçirilir". Sammitə etiraz edən kütlə nümayiş keçirir. Maşınlar yandırılır, iğtişaşlar törədilir.
 
İcmal.Az

RƏYLƏR