Hamiləlik diaqnozu qoyulan “bakirə qızla” bağlı şok faktlar üzə çıxdı – “Avrasiya Hospita”ldan AÇIQLAMA

OXUNUB: 1091 Özəl Səhiyyə
Ötən gün saytımızda dərc olunan və sosial mediada böyük səs-küy yaradan, ilk baxışdan çox qəribə görünən "Bakıda özəl klinikada bakirə qızı "hamilə” çıxartdılar” məqaləsində sözügedən Avrasiya hospitaldan açıqlama aldıq.
 
7News.Az Medicina.az-a istinadən xəbər verir ki, kinika rəsmiləri məsələ ilə bağlı bunları bildirdi:
 
” Həqiqətən də 08.06.2020 tarixdə, saat 19:40 radələrində 1993-cü il təvəllüdlü (ad soyad etik səbəbdən qeyd edilmir) pasiyent şəxsən müraciət edərək, çanaq boşluğu MRT müayinəsindən keçirilib. Radioloji görüntülər hospitalın həkim mütəxəssisləri tərəfindən dəyərləndirilmiş və rəy-nəticə hazırlanmışdır.
 
MRT müayinəsinin cavabında pasiyentdə sol yumurtalıq lojasında içi qan sızmalı törəmə qeyd olunub və rəydə "ekstrauterin hamiləlik (?) sual işarəsi ilə vurğulanmaqla” diaqnozu qoyulub.
 
Nəticədə müayinə zamanı aşkar edilmiş heterogen strukturlu kütləni differensasiya etmək üçün müalicə həkiminə tövsiyyələr qeyd olunmuşdur.
 
Nəzərinizə çatdıraq ki, tibdə Ekstrauterin hamiləlik dedikdə, yumurtalıqda və digər yanaşı orqanlarda baş verən hamiləlik prosesi nəzərdə tutulur. Nəzərə alaq ki, yumurtalıq və boru bitişik orqandır.
 
Yumurtalıqda olan kistanın partlaması ilə pozulmuş hamiləlik görüntüsü çox bənzər olduğundan və xəstədən toplanan məlumatlara əsasən (heç də yazıda deyildiyi kimi bakirə olmayıb, əvvəl ailəli olub) xəstəyə diaqnozu dəqiqləşdirmək üçün əlavə laborator müayinədən keçmək məsləhət görülüb. Bütün bunlar tibbi protokol və tələblərə uyğun aparılır.
 
Klinikadan pasiyentin yanında nişanlısının olması və şok keçirməsi ilə bağlı bildirilib ki, hospital pasiyentlərin şəxsi həyatı, onların yanında gələn bəylərin kim olması ilə maraqlanmır. Bu həkim etikasına ziddir. Xanım pasiyentin yanında yoldaşı, qardaşı, nişanlısı, atası da ola bilər. Pasiyentə diaqnoz yazılanda müalicə həkimi üçün nəzərdə tutulub yazılır, ailəsi üçün deyil. Xanıma klinikada məlumat verilib. Lakin onun sonrakı şikayəti və narazılığı əsassızdır.
 
Bir daha vurğulayırıq ki, kllinika bakirə bir pasiyentə bu diaqnozu qoymayıb və ümumiyyətlə, diaqnoz differensasiya etmək məqsədilə həkimlər üçündür.
 
Ümumiyyətlə, tibbi diaqnozlar yalnız peşəkar həkim və mütəxəssislər tərəfindən düzgün təhlil edilə bilər. Tibdən məlumatı olmayan insanların buna başqa don geydirməsi yolverilməzdir və bu tibb adına xələl gətirir”.
 
Xəstəyə aparılmış MRT müayinənin rapordan çıxarışın surəti və pasiyent tərəfindən hospitalın kassasına ödənilmiş 159 manat qəbzin surəti təqdim edilir.
 
 
 

7News.Az

RƏYLƏR