Hamının tanıdığı aktyor, heç kimin başa düşmədiyi adam – FOTO + VİDEO

OXUNUB: 1215 MƏDƏNİYYƏT

Ötən gün "Park Cinema İmax” kinoteatrında baş rollarını aktyorlar Şəhriyar Əbilov, Aynur Əbilova, Rəşad Kəsəmənli, Əjdər Zeynalov və başqalarının canlandırdığı "Mən klounam” filminin təqdimat mərasimi baş tutub.

 Aktyor və fiziki əngəlli qızın telefon zəngi ilə başlayan, uğursuzluqla nəticələnən sevgidən bəhs edən film haqda Şəhriyar Əbilov bunları deyib:

"Həyatımda ən mühüm gündür. Dostlarım bizə dəstək olmağa gəlib. Filmi bir aya çəkdik. Müasirlikdən uzaqdır. Biz sevgini hansı problemlər söndürə bilir, onu göstərməyə çalışmışıq. Mən kasıb, sənətini sevən aktyoru canlandırıram. Filmdə mesaj maddiyyatın üstün olmamasını göstərməkdir.

"Hamının tanıdığı aktyor, heç kimin başa düşmədiyi adam” sözləri hər şeyi  ifadə edir.
Ona sevdiyi qadın "Meyitini bir gün qrim otağında güllərin arasında tapacaqlar” deyir. Bu sözlər sevən insan üçün dəhşətlidir.

Filmin çəkilişinə böyük məbləğ sərf edilməyib. Əminəm ki, tamaşaçıların dəstəyi ilə o məbləği qazanacağıq”.

Ekran işinin baş prodüseri Vüqar Təhməzov, ssenari müəllifi və quruluşçu rejissoru Samir Qulamov, bəstəkarları isə Rövşən Əsgərzadə və Ruzbeh Parandehdir.

Təsirli səhnələri olan film tamaşaçılar tərəfindən alqışla qarşılanıb. Xüsusilə, Şəhriyar Əbilovun yaxşı aktyor oyunu izləyicilər tərəfindən bəyənilib./oxu

İcmal.Az

RƏYLƏR