"Hamısını bir-bir məhkəməyə gətizdirəcəm"

OXUNUB: 245 ŞOU-BİZNES

Əməkdar artist Zöhrə Abdullayeva onu tənqdi edənləri məhkəmə ilə hədələyib.

İcmal.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni sosial şəbəkədə onun şəklinə nalayiq sözlər yazanları bir-bir tapacağını deyib.

Abdullayeva "Sayqa ilə bu axşam" verilişində bu halın onu çox əsəbiləşdirdiyini bildirib:

 

"İnstaqram-da bir az qısa ətəkdə fotomu paylaşıblar. Altından da tənqidlər yazırlar. Tənqid yazanları bir-bir məhkəməyə gətizdirəcəm. Ayıb olsun mənfi rəy yazanlara. Sizin üçün mən dünənki uşaq deyiləm. Xaricdən Şakira gəlib 8 aylıq hamilə ola-ola səhnəyə çıxmışdı. Tərifini göyə qaldırdılar. Bizimkilər bunu etsəydi, nələr deyərdilər. Özünüzü yığışdırın, bugünki cocuklar. Dönüb öz keçmişinizə baxın, sonra mənə o sözləri yazın. Hamınızı məhkəməyə verəcəm".

İcmal.Az

RƏYLƏR