Hava kəskin soyuyacaq, qar yağacaq - XƏBƏRDARLIQ

OXUNUB: 1056 SOSİAL

Fevralın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı,  gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İcmal.Az-a verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə  2-4 dərəcə aşağı enəcək.

Fevralın 13-ü gündüz qərb rayonlarından başlayaraq fevralın 14-ü axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. 

Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu ötən günlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. 

İcmal.Az

 

RƏYLƏR