Həbsdə olan ərinə psixotrop maddə gətirən qadın tutulub

OXUNUB: 500 HADİSƏ
Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Babayev Taleh Taleh oğlu ilə qısamüddətli görüşə gəlmiş arvadı, Ağdam şəhər sakini Babayeva Jalə Vəli qızının üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd bükülüdə 0,048 qram psixotrop maddə -"metamfetamin” aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

RƏYLƏR