Həbsdən çıxdı, narkotik satarkən tutuldu

OXUNUB: 607 HADİSƏ

Zaqatalada keçmiş məhkum küllü miqdarda narkotik vasitəni satarkən iş başında tutulub.

DİN-nin  Mətbuat Xidmətindən verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları rayonda narkotik vasitələrin qanunsuz dövrüyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbirləri keçirib. Tədbir nəticəsində əvəllər CM-nin müvafiq maddələri ilə bir-neçə dəfə məhkumluq həyatı yaşayan, rayonun Dağlı kənd sakini 1977-ci il təvəllüdlü Elxan Ramazan oğlu Yusifov 1 kq 815 qram narkotik vasitə  hesab edilən qrudulmuş marixuananı satmaq istəyərkən elə iş başında saxlanılıb.

 

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR