Həbsxanaya narkotiklə girmək istədi

OXUNUB: 760 HADİSƏ

Həbs edilən şəxs təcridxanaya təhvil veriləndə üstündən narkotik aşkar edilib.

İcmal.Az Penitensiar Xidmətə istinadən verdiyi xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü, yəni qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin dövriyyəsində ittiham edilərək həbs edilən Sabir Qədirovun müəssisəyə daxil olarkən üstünə və əşyalarına baxış keçirilib.

Bu zaman alt paltarında gizlətdiyi sellofan bükülüdə 10 ədəd tramadol dərman kapsulu aşkar edilərək götürülüb.

İcmal.Az

RƏYLƏR