“Heç bir qüvvə ailəmi dağıda bilməz”

OXUNUB: 1213 ŞOU-BİZNES

"Doqquz ildir ki,  ailəliyəm, övladım və həyat yoldaşım var. Bir az uşaqlara vaxt ayırdığım üçün sənətimi geriləmişdim. Bəziləri var dözə bilmir, ailəsini dağıdır. Bəziləri isə deyir ki, hər şey mənin ailəmə qurban olsun”. 

Bu sözləri rejissor Kənan Mahmudovun xanımı, müğənni Aygün Şükürova "ATV maqazin onlarla”ya açıqlamasında deyib. 

İfaçı bildirib ki, sənətini ailəsinə qurban verməyə hazırdır:

"Heç bir qüvvə ailəmi dağıda bilməz. Türkiyədə olarkən mənə dedilər ki, sənin kimi səs görməmişik, dağları deşib keçər. Dünyaya meydan oxuyan səsdə sənətçi olsam da, heç nəyi ailəmə dəyişmərəm. Bu gün həyat yoldaşım oxumağıma qadağa qoysa, hər şeyi qurban verərəm. 

Mənim üçün ən müqəddəs şey ailəmin başçısıdır. Amma Kənan o qədər alicənab biridir ki, o heç zaman mənə qadağa qoymaz. Namuslu qadın heç vaxt yolunu aza, problemlə qarşılaşa bilməz”./qafqazinfo

 



İcmal.Az

RƏYLƏR