"Heç vaxt estetik əməliyyat etdirməmişəm" - Könül Kərimova

OXUNUB: 195 ŞOU-BİZNES
Əməkdar artist Könül Kərimova "Xəzər Tv" də yayımlanan "5də 5" verilişində qonaq olub.

İcmal.az xəbər verir ki, veriliş zamanı əməkdar artist bir sıra açıqlamaları ilə diqqət çəkib. Sənətçi bildirib ki, heç bir estetik əməliyyat etdirməyib:

"Saçlarım təbii, dırnaqlarım öz dırnağımdır. Bir kiprik qoyuram, onu da daha hamı qoyur. Real həyatda bunların heç birini məndə görə bilməzsiniz. Hər şey təbiidir. Heç bir estetik əməliyyat olunmamışam".

RƏYLƏR