Həcc ziyarəti ilə bağlı qorxulu - XƏBƏRDARLIQ!

OXUNUB: 760 DÜNYA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yəməndə yüzlərlə insanın həyatına son qoyan vəba xəstəliyi ilə bağlı Səudiyyə Ərəbistanına xəbərdarlıq edib.

Təşkilatın xəbərdarlığında qeyd olunur ki, Həcc ziyarəti zamanı vəba xəstəliyi yayıla bilər. Qurum rəsmi Ər-Riyadı qabaqlayıcı tədbirlər görməyə çağırıb.

Təşkilat Ər-Riyada zika virusuna qarşı da ehtiyatlı olmağı tövsiyyə edib.

Qeyd edək ki, hər il Həcc ziyarəti zamanı xarici ölkələrdən Səudiyyə Ərəbistanına 2 milyon müsəlman səfər edir./mətbuat

 

İcmal.Az

RƏYLƏR