Hədəfə vurulan ardıcıl 3 dəqiq zərbə - Allahverdi Nadiroğlunun şəhri - VİDEO

OXUNUB: 1904 KÖŞƏ Özəl DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ SİYASƏT
 
 
İLHAM ƏLİYEV BAKIDAN DÜNYAYA SƏSLƏNDİ

"Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. Bunu Prezident İlham Əliyev Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündəki nitqində dedi. Dövlət başçısı Azərbaycanın Bandunq Prinsiplərinə sadiqliyindən, beynəlxalq münasibətlər sahəsində boşluqların yaranması və ikili standartların mövcudluğundan söz açdı. İkili standartların açıq təzahürü kimi, BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzinda icra olunması, bəzi qətnamələrin isə, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunması ilə bağlı qəbul olunan qətnamələr kimi, 26 ildən artıq vaxt ərzində kağız üzərində qalmasını diqqətə çatdırdı. Bununla da Ermənistanın Beynəlxalq hüququn təməl prinsiplərinə, buna söykənən BMT TŞ-nin qətnamələrinə, Beynəlxalq hüquq və BMT-nin müəyyənləşdirdiyi beynəlxalq qanunvericiliyə əsaslanan Bandunq Prinsiplərinə hörmətsiz yanaşması və saymamazlığı bir daha yüksək tribunadan beynəlxalq ictimayyətin diqqətinə çatdırıldı.

HƏDƏFƏ VURULAN ARDICIL 3 DƏQİQ ZƏRBƏ

Qoşulmama Hərəkatının açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev bir daha göstərdi ki, Ermənistan rəhbərliyinə verilən möhlət başa çatdı. Dövlət başçısının əvvəlcə oktyabrın 3-ü Rusiyanın Soçi şəhərində keçirilən "Valdai" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Paşinyanın nöqtəsini "silib” "Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi ilə İrəvanın məkrli niyyətini puç etdi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini əks etdirdi. Ermənistanın baş naziri özünə gəlməmiş daha bir zərbəni Aşqabadda aldı. "Valdai” sammitindən 1 həftə sonra Türkmənistanda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası oldu. Prezident İlham Əliyev Aşqabadda faşistlərə qulluq edən erməni generalı Njde haqqında həqiqətləri səsləndirməklə Ermənistan hökumətinin faşist mahiyyətini, erməniçiliyin əsl mahiyyətini MDB zirvə toplantısı iştirakçılarına və dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Hamı üçün aydınlaşdırdı ki, Ermənistan siyasətini fərdlər yox, mürtəca millətçilik və irqi ayrıseçkilik üzərində formalaşmış erməniçilik ideologiyası müəyyənləşdirir. Hədəfə vurulan ardıcıl 2 zərbə Ermənistanda çalxalanmalara səbəb oldu. Hətta Nikol Paşinyanın təxribatçı və destruktiv açıqlamaları belə erməni ictimayyətinin narazılığına su səpə bilmədi. Oktyabrın 25-i isə təcavüzkar Ermənistan haqqında həqiqətlərin 160 ölkə təmsilçinin iştirak etdiyi tədbirdə səsləndirilməsi sözün əsl mənasında bədnam qonşularımızın baş nazirini "siyasi nakaut”a göndərdi. Bu onu göstərir ki, Azərbaycanın diplomatik təzyiqi getdikcə artmaqdadır və bu hələ son deyil.


BANDUNQ PRİNSİPLƏRİ NƏDİR ?

XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi regional və beynəlxalq təhlükəsizlik, əməkdaşlıq baxımından əhəmiyyətli olduğu kimi, Azərbaycanın haqq səsinin dünyada eşidilməsinə də yeni bir təkan olacaq. Yerigəlmişkən Qoşulmama Hərəkatının üzvləri bloklara qoşulmayan, öz ərazisində xarici hərbi baza yerləşdirməyən, beynəlxalq münasibətlər sistemində mövcud olan konfliktlərin sülh yolu ilə həll olunmasına dair mövqe ortaya qoyan bir hərəkatdır. Bu Hərəkat üzv dövlətlərin milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması çərçivəsində imperializm, müstəmləkəçilik və post-müstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, zorakı kənar təsir və təzyiq, eləcə də böyük güclərin münaqişə zəminində yaratdıqları çoxüzvlü hərbi və siyasi bloklara qarşı formalaşıb.

İŞĞALÇI VƏ FAŞİST İDEOLOGİYASINI TƏBLİĞATÇISI

İndi isə diqqət yetirək: bütün bu prinsiplərin hamısı təşkilatda müşahidəçi qismində qatılan təcavüzkar Ermənistan tərəfindən kəskin şəkildə pozulub və bu hal onilliklər ərzində davam edir. Bu dövr ərzində təcavüzkar ölkədə 3 rəhbər dəyişib və hazırda 4-cü rəhbər dövlətə başçılıq edir. Amma münaqişənin həlli ilə bağlı onlardan heç biri ciddi bir iş görməyib. Daha doğrusu, gördükləri iş təcavüzün möhkəmləndirilməsi və işğalın qanuniləşdirilməsi cəhdləri ilə bağlı olub. Ermənistanda 2018-ci ildə həyata keçirilən hakimiyyət dəyişikliyindən sonra çoxları aparılacaq islahatların qonşularla münasibətə də müsbət təsir edəcəyinə ümüd bəsləyirdi. Elə buna görə də, Azərbaycan rəhbərliyi Paşinyan və onun komandasına vəziyyətin mahiyyətini dərk etməyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə Beynəlxalq hüquq çərçivəsində həll olunmasına çalışması üçün möhlət verdi. Amma Paşinyan bu möhləti düzgün qiymətləndirə bilmədi. Üstəlik bu fakt bir daha erməni xislətinin üstünü açdı. Göstərdi ki, ermənilər hakimiyyətdə kimin olmasından asılı olmayaraq, qanlarına işləmiş işğalçı, faşist ideologiyasından əl çəkə bilmirlər.

QOŞULMAMA HƏRƏKATININ XVIII BAKI ZİRVƏ GÖRÜŞÜ

Azərbaycan paytaxtı Bakıda Qoşulmama Hərəkatının (QH) növbəti 18-ci sammiti keçirilib. "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən Sammitdə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri iştirak etdi. 2019-2022-ci illərdə BMT-dən sonra dünyanın ikinci ən böyük siyasi platformasına Azərbaycan sədrlik edəcək. Qoşulmama Hərəkatına üzvlük Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinə daha çox dəstəyin əldə edilməsinə töhfə verib. Qurumun XVIII Bakı Zirvə Görüşündə qəbul edilən 4 mühüm qətnamədən birinin məhz Dağlıq Qarabağ və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı olması buna bir misaldır.
 
ALLAHVERDİ NADİROĞLU

RƏYLƏR