Həftənin ilk iş gününün havası açıqlandı - Külək, duman

OXUNUB: 816 SOSİAL

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İcmal.Az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 20-24° isti, gündüz  29-34° isti, Bakıda gecə  22-24° isti, gündüz 31-33° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 759  mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət  gecə 75-85 % , gündüz  55-65%  təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, iyulun 10-da əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz  31-36°, dağlarda gecə 10-15° isti, gündüz  20-25° isti olacağı gözlənilir.

İcmal.Az

RƏYLƏR