Hələbdən geri çəkilən İŞİD dəhşətli üsula əl atdı

OXUNUB: 1004 DÜNYA
İŞİD terror qruplaşması Hələbdən geri çəkiləndə dəhşətli üsula əl atıb.

Vilayətin terrorçulardan təmizlənmiş ərazilərinə qayıdan sakinlər bildiriblər ki, İŞİD yandırılmış torpaq taktikasından istifadə edib.

Aran kəndinin sakini çörəkbişirən Əhməd əs-Səfər bildirib ki, müharibəyə qədər onun çörəkxanası gün ərzində 15 ton çörək məmulatı istehsal edərək 36 yaşayış məntəqəsinin ehtiyacını təmin edib. O, deyib: "Suriya ordusu kəndə doğru hərəkət edəndə terrorçular çörəkxananın bütün qurğularını sökərək özləri ilə aparıblar".

Aqronom Usamə Obeyd deyib: "Terrorçular sosial infrastruktur obyektlərini dağıdıb məhv ediblər. Onlar düşünüblər ki, belə olsa, dinc sakinlər yurd-yuvalarına qayıtmağa risk etməyəcəklər".

Hüseyn Həc İbrahim bildirir ki, İŞİD-çilər dinc sakinlərə sağ qalma şansı vermirlər: "Biz Aranı tərk etdik. Bu zaman artıq terrorçular kəndliləri qətlə yetirirdilər. Bir gün ərzində onlar 10 nəfəri qətlə yetirdilər. Əvvəllər kənddə 15 min əhali yaşasa da, indi bu rəqəm 1200-ə düşüb".

Eyni zamanda bildirilir ki, kənd azad edildikdən sonra tibb məntəqəsi işə düşüb./olke.az
 
İcmal.Az

RƏYLƏR