"Həm narkotiksiz qaldım, həm də azadlığımdan oldum" - VİDEO

OXUNUB: 689 HADİSƏ

Paytaxtda narkotik gizlədən şəxs saxlanılıb.

İcmal.Az ARB TV-yə istinadla xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinə Bakı şəhər sakini əvvəllər dəfələrlə məhkum olunmuş Sergey Musayevdə külli miqdarda narkotik vasitə olduğu barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs rayon ərazisində saxlanılıb və onun əlindəki bağlamaya baxış zamanı 7 kiloqram 100 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Sergey Musayev - Saxlanılan şəxs: "Narkotik vasitələri meşədən yığdım. Özüm istifadə edirəm. Fikirləşirdim ki, quruyandan sonra çəkərəm. Amma çəkə bilmədim. Polislər tərəfindən tutuldum. İndi həm narkotiksiz qaldım, həm də azadlığımdan oldum".

Faktla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

İcmal.Az

Videonu izləmək üçün şəklə klikləyin:

RƏYLƏR