Həm xərçəng, həm hamilə olduğunu öyrənən qadın qərarı ilə şoka saldı

OXUNUB: 1261 DÜNYA
İngiltərədə yaşayan Ebbi Kalvin adlı qadın ağlasığmaz hadisə ilə rastlaşıb.

 
İcmal.Az xarici mediaya istinadən xəbər verir ki, 19 yaşlı qadın belində olan ağrılara görə həkimə müraciət edib. 

Bəlli olub ki, yenicə ailə quran Ebbinin yumurtalığında xərçəng xəstəliyi var.

Müalicəyə başlamalı və daha sonra yumurtalığı alınmalı olan Kalvin bu arada iki həftəlik hamilə olduğunu da öyrənib.

Ebbi seçim qarşısında qalıb və gözlənilməz qərar verib. O, yumurtalığı alınarsa, bir daha ana ola bilməyəcəyini düşünərək müalicəsini dayandırıb.

Kalvin 8 ayında övladını dünyaya gətirib və xəstəliyi ilə bağlı analiz verib. Analizin nəticələri müsbət olarsa, o, müalicə ilə xəstəlikdən qurtula biləcək, mənfi olarsa, yumurtalığı əməliyyatla götürüləcək və qadın bir daha ana ola bilməyəcək.
 
 
 
 
 
 

RƏYLƏR