Həmkarından Bülent Ersoya evlilik təklifi

OXUNUB: 714 ŞOU-BİZNES
Türkiyəli müğənni Onur Akay qonaq olduğu verilişlərdən birində maraqlı açıqlamalar verib.

Bir müddət əvvəl Bülent Ersoyun kişi ikən çəkilmiş şəkillərini yayan və buna görə sənətçi tərəfindən məhkəməyə verilən Onur peşman olduğunu bildirib:

"Çox peşmanam. Gərək həmin şəkilləri paşlaşmazdım. Amma mən ilk adam deyildim. Məndən əvvəl həmin fotolar yayılmışdı”.

Akay Ersoyu çox sevdiyini və onunla evlənmək istədiyini dilə gətirib:

"Damarlarımı kəssəniz, qanım "Bülent Ersoy” deyə axar. Mənimlə evlənsə, bu gün onunla nikah masasına oturaram”. 

Xatırladaq ki, Onur Bülentin kişi ikən nişanlısı ilə çəkilmiş şəkillərini sosial mediada yaydığı üçün Ersoy ondan 50 min lirə (təxminən 25 min AZN) dəyərində təzminat istəyib./axşam
 
İcmal.Az

RƏYLƏR