Həmsədrlər Sarkisyanla Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü müzakirə ediblər

OXUNUB: 987 SİYASƏT

Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

İcmal.Az-ın apa-ya istinadən xəbərinə görə, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin irəli aparılması, o cümlədən Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili imkanlarını müzakirə edib, münaqişə zonasındakı vəziyyətə toxunublar.

Görüşdə münaqişənin sülh yolu ilə həlli istiqamətində götürülmüş öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulanıb.

İcmal.Az

RƏYLƏR