Həmyerlisini haqqında rüsvayedici məlumatlar yaymaqla hədələdi və ...

OXUNUB: 723 HADİSƏ

Mingəçevir şəhər sakini həmyerlisini rüsvayedici məlumatlar yayacağı ilə hədələyib.

Daxili İşlər Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, Mürşüd Məmmədov həmyerlisi Q.Əlibabayevi rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edib.

İyunun 13-də Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Q.Əlibabayev bu məqsədlə həmyerlisinin ondan 1000 manat verməsini tələb etdiyini bildirib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb.
ŞPŞ-də araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR