“Hər şey Vətən üçün!” devizi altında vətənpərvərlik mövzusunda gənclərlə onlayn görüş keçirilib

OXUNUB: 1094 QHT SOSİAL
Binəqədi Rayon Gənclər və İdman İdarəsi və "LOQOS"  Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı  və  Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon təşkilatı, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin dəstəyi ilə "12 AVQUST   Beynəlxalq Gənclər Günü”nə həsr edilmiş "Hər Şey Vətən Üçün!” devizi altında gənclərlə onlayn görüş keçirilib.
Onlayn görüşdə  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr və protokol şöbəsinin baş məsləhətçi İlqar Məcidli, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Türkiyə Cümhuriyyəti Yeditepe Üniversitesi "Güzel Sanatlar” Fakültəsinin rəsm bölümünün professoru Teymur Rzayev,  Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Qaçqınlıq və miqrasiya üzrə Beynəlxalq  işçi Nigar İbrahimova (Almaniya), Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin sədri Miraqil Seyidzadə, "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Rəhimova, Rusiyanın Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının magistri, Rusiyanın Azərbaycanlıları icmasınn təmsilçisi İlahə Əkbərova (Rusiya), Ankara Dövlət Universitetinin Siyasal Bilimler Fakültəsinin tələbəsi Cəlal Həsənli, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev,  xaricdə təhsil alan tələbələr və fəal gənclər  iştirak ediblər.
Tədbirdə vətənpərvərliklə bağlı çıxışlar edilmiş, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması məqsədi ilə görülmüş işlər haqqında ətraflı məlumatlar verilmiş və ölkənin ictimai-siyasi həyatında gənclərin qarşısında duran vəzifələr, gənclər arasında azərbaycançılıq məfkurəsinin  təbliğ edilməsi, xalqımızın soy-kökünə, milli dəyərlərinə bağlı gənclərin yetişməsi ilə bağlı bir sıra çağırışlar edilib.
Çıxış edənlər gənc nəslin milli ruhda tərbiyə olunmasında təhsil müəssisələri ilə yanaşı, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutlarının əməkdaşlığının vacibliyini vurğulayıb və azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğində bu cür layihələrin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Rayonun gənclər siyasəti, ictimai,sosial və mədəni həyatında fəal iştirak edən bir sıra fəal və könüllü gənclərə Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən "Təşəkkürnamə” təqdim olunubdur.
 

 

RƏYLƏR