Hərbçilərimiz “Tank biatlonu”nda yarımfinalda - FOTO/VİDEO + YENİLƏNİB

OXUNUB: 884 SİYASƏT

Azərbaycan tankçıları "Tank biatlonu-2018” müsabiqəsində yarımfinala çıxıblar.

Bu barədə İcmal.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

"Beynəlxalq Ordu Oyunları-2018” çərçivəsində keçirilən "Tank biatlonu-2018” müsabiqəsinin yarımfinal mərhələsinin püşkatması keçirilib.

Püşkatmanın nəticələrinə görə, Azərbaycan tankçıları yarımfinalda Çin, İran və Qırğızıstan tankçıları ilə yarışacaqlar.

 

11:24

Azərbaycan hərbçilərinin də iştirak etdiyi "Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində keçirilən "Tank biatlonu-2018” müsabiqəsi davam edir.

İcmal.Az bu barədə Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

İcmal.Az

RƏYLƏR