“Hərbiyyə” düşərgəsinin açılış mərasimi keçirilib - FOTO

OXUNUB: 691 SOSİAL

Bugün "ASAN xidmət”, "Asan könüllüləri” Təşkilatı və Dövlət Sərhəd Xidmətinin birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinim 100-cü ildönümünə həsr olunmuş "Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin açılış mərasimi keçirilib. 

İcmal.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Sərhəd Xidmətinin rəisinin müavini, general-leytenant İlham Mehdiyev, Qəbələ rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev və digər qonaqlar iştirak ediblər.

Düşərgə hərbi hissə əsgər simulyasiya oyunu formasında qurulub və səhra şəraitində təşkil olunub. İştirakçılar bütün qida və gigiyenlik vasitələrlə təmin olunub. Düşərgədə doqquz regiondan olan ümumilikdə 100 ASAN könüllüsü iştirak edib. 

"Hərbiyyə” hərbi-vətənpərvərlik düşərgəsinin iştirakçıları müxtəlif peşəkar təlimlərə cəlb olunmaqla yanaşı, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlarda iştirak ediblər. Həmçinin iştirakçılar üçün müxtəlif muzeylər, komplekslər, eləcə də, digər tarixi məkanlara ekskursiyalar təşkil olunub. 

Onu da qeyd edək ki, düşərgənin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, eləcə də, AXC tərəfindən ordu quruculuğu istiqamətində ilk qərarlardan olan Azərbaycan Silahlı Qüvvələrinin yaradılması ilə bağlı iştirakçıları maarifləndirməkdir.

Könüllülər Azərbaycan generallarının həyatı və onların ordu quruculuğundakı xidmətləri, ordu quruculuğu siyasətinin təkmilləşdirilməsi, inkişaf etdirilməsi istiqamətində görülən işlərlə bağlı məlumatlandırılıblar./oxu

 

İcmal.Az

RƏYLƏR