“Hərəyə bir bayraq verək” aksiyası keçirilib

OXUNUB: 714 SOSİAL

Psixoloji Xidmət və Tədqiqatlar İctimai Birliyinin nəzdində yaranan "Gənclər Şöbəsi” nin təşəbbüsü, Baku Travel Turizm şirkəti, "Loqos” PNİM – in və AQSİA-nın dəstəyi ilə   9 noyabr " Bayraq günü” münasibəti ilə "Hərəyə bir bayraq verək” aksiyası keçirilib.

      Aksiyada fəal gənclər və fiziki məhdud olan uşaqlar iştirak ediblər.  

      Dövlət bayrağının yaranmasının 100 illiyi ilə bağlı həyata keçirilən aksiyada gənclər əllərindəki üçrəngli bayraqları veteranlara, qocalara, təqaüddə olan ağsaqqallara, məktəblilərə, gənclərə, şəhərimizdə qonaq olan turistlərə paylayıblar. Hər kəs tərəfindən maraqla qarşılanan "Hərəyə bir bayraq verək” aksiyası hamıda gözəl əhval yaradıb.

 

 


 

 İcmal.Az


RƏYLƏR