'Həyat verən gənc donorlar' layihəsi çərçivəsində növbəti tədbir baş tutub - FOTOLAR

OXUNUB: 1221 SOSİAL
29 fevral Türkiyə Respublikası Təhsil Nazirliyinin nəzdinində olan "FONO" Xarici Dillər Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə XIII Qrant müsabiqəsinin qalib layihəsi olan Nəzərbəy Hacıağayevin "Həyat verən gənc donorlar" adlı layihəsi çərçivəsində qanvermə aksiyası baş tutub. Aksiyanın məqsədi gənclərə qanvermə prosesini təbliğ etmək olub. Belə ki, bu dəfəki aksiya digərlərindən fərqli olub. Aksiyada  qanvermə prosesində iştirak edənlərlərlə yanaşı bu prosesi izləyənlərə də şərait yaradılıb. 

Hər zaman məqsədim fərqli bir qanvermə aksiyası təşkil etmək olub. Bu sözləri açıqlamasında "Həyat verən gənc donorlar" layihəsinin rəhbəri Nəzərbəy Hacıağayev bildirib.  Bu gün bu arzumu reallaşdırmağımda mənə yarıdmçı olduğu üçün Gənclər Fonuduna, xüsilə də içracı direktoru Fərid Cəforova minnətdaram. Bu layihə ilə əsas məqsədim cəmiyyətdə xüsusilədə gənclər arasında donorluğa, qanvermə aksiyalarına yanaşmanı mübət mənada dəyişmək olub. Bu tip aksiyaların yeni bir standartını müəyyənləşdirməkdir məqsədim. Təbii mən ənənəvi olan qanvermə aksiyalarının əleyhinə deyiləm. Ancaq fikrim ondan ibarətdir ki, ənənəvi qanvermə aksiyalar zamanı qan verməyə fiziki imkanları olmayan insanlar bu prosden kənarda qalır. Ancaq hesab edirəm ki, biz yaradığmız şəraitlə qan vermə imkanı olmayan gənclər prosesi izlədi. Mən bu layihəni həyata keçirməkdə əsas məqsədim donor olma bilməyən şəxsləri də prosesin gedişində fərqli yollarla prosesə öz töhvələrini verməyi təmin etmək idi. Bu gün bu prosesin həyata keçməsində maddi və mənəvi olaraq öz dəstəyini əsirgəməyən Qan Bankına minnətdarlığımı bildirirəm. Aksiyanın təşkilində öz qapılarını bizim üzmüzə açan və üç zalı bizim ixtiyarımıza verən  Türkiyə Respublikası Təhsil Nazirliyinin nəzdinində olan ""FONO" Açıköğretim" qurumuna minnətdaram. Bu gün layihənin son günüdür və mən inanıram ki, bu layihə çox uğurlu bir şəkildə baş tutub. Bundan sonra əsas hədəfim bu layihənin davamlılığını təmin etməkdir.

Qan vermə aksiyası zamnı tanınmış sənət adamlar iştirak edirdi. 100-dən çox filmdə ən yüksək inzabati vəzifəni tutmuş Rəvan Əyyubov və hər kəsin  sevimlisi olan gənc aktoyor Elnar Qarayev həm qanvermə aksiyasında iştirak etdi, həmdə aksiya haqqında öz fikirlərini bildirlər. Onların hər ikisi qanvermə aksiyalarının əhəmiyyətindən bəhs edərək təşkil olunmuş aksiyaya görə, bu layihəni həyata keçirən Nəzərbəy Hacıağayevə və bu layihəni maliyələşdirən Azərbaycan Respublikası Gənclər Fonduna öz minnətdalığlarını bildirdilər. Bundan əlavə aksiyada rejissor Şəhriyar Zeyni və Aktyor Zahid Türbəndidə iştirak edərək qan verib.







RƏYLƏR