"Həyat yoldaşımı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri öldürdü"

OXUNUB: 762 GÜNDƏM Özəl HADİSƏ
"Həyat yoldaşım Cabbarov Zakir Hüseynqulu oğlu həkim qəddarlığının qurbanı olub. Bu korrupsiya və talançılıq cinayətini Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri ediblər".

Bu sözləri Qaynarinfo-ya Ucar rayonu Lək kənd sakini Abışova Tahirə Yusif qızı deyib.

Tahirə Abışova Respublika Müalicəvi Diaqnostika Mərkəzində başlarına gətirilən oyunlar barədə danışb: "29 mart 2019-cu il tarixdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi Anar Əmrah həyat yoldaşım Zakir Cabbarovun ürəyindən cərrahiyyə əməliyyatı etdi. Bunun üçün 8500 manat pul ödədik. Sonra həyat yoldaşımın vəziyyəti pisləşdi deyə onu müayinə etdilər və dedilər ki, guya onun bağırsağında problem var. Buna görə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri bildirdilər ki, təcili əməliyyat olunmalıdır. O, 10 aprel 2019-cu il tarixdə Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimi İlqar İsmayılov tərəfindən bağırsağından cərrahiyyə əməliyyatı edildi. Buna görə də 6340 manat ödədik. Bağırsaq cərrahiyyəsindən sonra həyat yoldaşımın vəziyyəti dahada pisləşdi. Həkim müayinə edib dedi ki, qan sızma var. İlqar İsmayılov onu 12 aprel 2019-cu il tarixdə yenidən əməliyyat etdi. Lakin həyat yoldaşımın vəziyyəti günü-gündən pisləşdi. Həkimlər bizə bildirdilər ki, Zakir yaşamayacaq, aparın öz evində qalsın. Biz 350 manat ödəyərək həyat yoldaşımı Respublika Müalicəvi Diaqnostika Mərkəzinin ambulans maşını ilə Ucar rayonu Lək kəndinə gətirdik. 25 aprel 2019-cu il tarixdə həyat yoldaşım Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimlərinin talançılığı və savadsızlığı ucbatından dünyasını dəyişdi. Bəlkə də başqa xəstəxanaya aparsaydıq indi o sağalıb həyatda yaşayırdı".

Tahirə Abışova xəstəxanadan alınan pulların geri qaytarılmasını tələb edib: "Respublika Müalicəvi Diaqnostika Mərkəzinin səriştəsiz həkimləri sayəsində həm həyat yoldaşım dünyasını dəyişdi, həm də borca düşdük. Evimizin bütün əşyalarını, həyətimizin mal-qarasını satıb həyat yoldaşımın müayinə və müalicəsinə xərcləmişik. Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri üst-üstə bizdən 16000 manat pul alsalar da, bununla kifayətlənməyib qalmış 5400 manat pulu ödəməyi tələb edirdilər. Şikayət edəcəyimizi bildilər və həmin pulu istəmədilər. Ancaq biz talançı həkimlərin aldıqları 16000 manat pulumuzu tələb edirik. Onlar 16000 manat pulumuzu qaytarmasalar, Səhiyyə Nazirliyinin qarşısında intihar edəcəm. Mən sənədlə, faktlarla subut edirəm ki, həyat yoldaşım Zakir Cabbarovu Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri məhv etdi. Çünki bir adamı 15 gün ərzində 3 müxtəlif nahiyələrdən ağır cərrahiyyə əmaliyyatına məruz qoymaq, onu qəsdən öldürmək deməkdir. Dünyanın heç bir yerdində belə hal baş verə bilməz, bunu heç bir savadlı həkim etməzdi. Amma Respublika Müalicəvi Diaqnostika Mərkəzinin həkimləri etdilər. Bir adamı 15 gün ərzində 3 dəfə ağır cərrahiyyə əməliyyatına məruz qoymaq onu qəsdən öldürmək deməkdir. Həyat yoldaşım ürəyindən əməliyyat edilməzdən əvvəl bütün orqanlarından ətraflı müayinə edilmişdi. Həmin vaxt bağırsağında hər hansı xəstəliyi və ya yarası olduğu müəyyənləşməmişdi. Bundan 9 gün sonra onun bağırsağında yara aşkar etmək yalandır. Bunu ona görə ediblər ki, bizdən pul alsınlar. Sanki onun üzərində təcrübə keçirdilər".

Tahirə Abışova baş verənlərlə bağlı Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevayaşikayət ərizəsi yazdığını və kömək istədiyini bildirib: "Hörmətli Prezident, hörmətli Mehriban xanım sizdən çox xahiş edirəm ki, şikayət ərizəmdə göstərdiyim faktları yerində bizim iştirakımızla araşdırb 16000 manat pulumuzu alıb, bizi aldatmış Respublika Müalicəvi Diaqnostika Mərkəzinin rəhbərliyi və adlarını qeyd etdiyim həkimlərin barəsində qanuna müvafiq tədbirlər görəsiniz, bizdən aldıqları 16000 manat pulumuzu özümüzə qaytarılmasına köməklik göstərəsiniz".
 
 
İcmal.Az

RƏYLƏR