"Həyatımda elə kişi var ki, ikinci kişiyə ehtiyac duymuram" - Afaq Aslan - FOTO

OXUNUB: 1035 SOSİAL

Bu gün "Səhər-Səhər" verilişinin qonaqlarından biri tez-tez açıq-saçıq şəkilləri ilə gündəmə gəlməyə çalışan Afaq Aslan olub.

Gənc ifaçı verilişdə qadın hesabına yaşayan kişilərə söz atmadan keçməyib:

"Hər bir kişi pul qazanmağın yollarını tapmağı bacarmalıdır. Əziyyət çəkməlidir. Qadın pul qazanıb onu saxlamayacaq ki. Həyatında olan qadını kişi kimi təmin eləməlisən. Qadın hesabına yaşayan kişiləri mən qəbul eləmirəm".

Verilişdə qonaq qismində iştirak edən Sayqa Cahid müğənniyə bu sözlərdən sonra "Sənin həyatında bəs necədir?" sualı ilə müraciət edib.

 

Afaqın cavabını təqdim edirik:

"Mənim həyatımda elə bir kişi var ki, mən həyatımda ikinci bir insana ehtiyac duymuram. O insan mənə istənilən mövzuda ehtiyacı hiss etdirmir. Mən bir insanı sevirəmsə, istər pulu olsun, istər olmasın, fərq etmir. Sevgi olan yerdə bütün çətinliklərə göz yummaq olur. Mən o insanı sevirməsə, istəyir Alen Delon gəlib dayansın qabağımda, mənim gözümə heç nə görünmür"./milli


İcmal.Az

RƏYLƏR