Heydər Əliyev Beynəlxalq Aeroportunda işıqlar söndü - FOTO/VİDEO

OXUNUB: 506 GÜNDƏM HADİSƏ
Heydər Əliyev Beynəlxalq Aeroportunda işıqlar sönüb və generator isə işə düşməyib.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

Hadisə ilə bağlı qurumdan BAKU.WS-ə bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun elektrik enerji təchizatında yaranan fasilələrlə əlaqədar sərnişin terminallarının elektrik enerjisi ilə təmin olunması üçün ehtiyat enerji mənbəsindən istifadə edilir.

Hazırda hava limanının müvafiq xidmətləri hadisənin nəticələrinin aradan qaldırılmasına başlayıb.

Bakı hava limanının müntəzəm enerji təchizatının bərpası üçün bütün lazımi addımlar atılır./BAKU.WS


RƏYLƏR