Heydər Əliyev Mərkəzinin parkında cüdo dərsi və əyləncə - Fotolar

OXUNUB: 842 SOSİAL

Bu həftəsonu Heydər Əliyev Mərkəzinin parkında cüdo üzrə dərs və uşaqlar üçün əyləncə təşkil olunub.

İyulun 15-də cüdo üzrə dərsi Dünya və Avropa çempionu, "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının qalibi Elxan Məmmədov aparıb.

8-18 yaş arasında uşaq və yeniyetmələrin qoşulduğu dərs 1 saatdan artıq davam edib.

Axşam saatlarında isə Mərkəzin parkında açıq havada uşaqlar üçün müxtəlif əyləncə təşkil olunub.

"The Entertainer" oyuncaq mağazasının iştirakı ilə təşkil olunan əyləncələrdə park ərazisində oyun zonası yaradılıb, müxtəlif intellektual və idman oyunları təşkil olunub. Uşaqlar, həmçinin köpük şousunda əylənib, eləcə də üzlərini arzularına uyğun şəkillərlə boyatdırıblar, musiqi sədaları altında rəqs ediblər.
 
 
 
İcmal.Az

RƏYLƏR