Heydər Əliyev prospektində qəza baş verib, tıxac yaranıb

OXUNUB: 732 HADİSƏ

Bü gün səhər saatlarında Heydər Əliyev prospektində iki minik avtomobilinin toqquşması nəticəsində tıxac yaranıb.

 

Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib. Xəsarət alanların olub-olmadığı hələlik məlum deyil.

 

Hadisə ilə əlaqədar prospektin metronun "Koroğlu" stansiyasından paytaxtın mərkəzi istiqamətində əsas və köməkçi yolunda tıxac yaranıb.

 

Hadisə baş verən andan etibarən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə hər iki yolda sürət həddi 60 km/saata endirilib./apa

 

 

 

İcmal.Az

RƏYLƏR