Heydər Əliyevin adını daşıyan parkda ağacların dibinə beton vurularaq məhv edilir — VİDEO/FOTOLAR

OXUNUB: 490 GÜNDƏM HADİSƏ
Bakının Nizami rayonu, "8-ci kilometr" adlanan ərazisində məqsədli şəkildə yaşıllıqlar məhv edilir. 

Demokrat.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, rayondakı Heydər Əliyev Parkı ərazisində əkilən onlarla ağacların yaxınlığında qanunsuz qazıntı işləri həyata keçirilir. 

Həmçinin, ağacların köklərinə beton axıdılıb. Qazıntı zamanı ağaclara ciddi ziyan dəyib.

Ərazidə yaşayan sakinlər deyir ki, Nizami rayonu ərazisində ağacların məqsədli şəkildə məhv edilməsi faktı birinci hal deyil. Bundan əvvəl də ağacların məqsədli şəkildə məhv edilməsi ilə bağlı həm Nizami rayon İcra Hakimiyyətinə, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib. Ancaq sözügedən müvafiq qurumlar nədənsə baş verən qanunsuzluqlara göz yumurlar. 

Ərazidən çəkdiyimiz görüntüləri təqdim edirik: 

RƏYLƏR