Hindistan ordusu Kəşmirdə Pakistanın mövqeyinə zərbə endirib

OXUNUB: 610 DÜNYA

Hindistan hərbçiləri cümə axşamı Kəşmirin Mendhar sektorunda Pakistan ordusunun postunu məhv edib.

Bu barədə cümə günü NDTV telekanalı məlumat yayıb.

Hindistan tərəfi iddia edir ki, bu addım Pakistanın atəşkəsi pozmasına cavab olaraq atılıb.

Öz növbəsində, "India Today" qəzeti ordudakı mənbələrə istinadən yazır ki, bu, son vaxtlar hind hərbçiləri tərəfindən məhv edilən Pakistana məxsus üçüncü blok-postdur. Həmçinin qeyd olunur ki, bu həftə Pakistanın həm də Hacipir və Tanqdhar rayonlarındakı postları hindlilər tərəfindən pulemyot və qumbaraatanlardan istifadə edilməklə atəşə tutulub. Nəticədə Pakistanın bir neçə hərbçisi həlak olub.

Bundan əvvəl Pakistanın Xarici İşlər Nazirliyi Hindistan tərəfini atəşkəs rejimini pozmaqda ittiham edib./report

 

İcmal.Az

RƏYLƏR