Hindistanda daha bir ağlasığmaz cinayət

OXUNUB: 598 DÜNYA

Hindistanın Mərkəzi İstintaq Bürosu ikinci sini şagirdinin qətlində şübhəli bilinən 11-ci sinif şagirdini həbs edib.

 Hadisə sentyabrın 8-də baş verib. Yeddi yaşlı uşaq Quruqram şəhərində özəl məktəblərin birinin ayaqyolunda boğazı kəsilmiş şəkildə tapılıb. Məktəblinin qətli şəhərdə etirazlara səbəb olub. 

IndiaTodayIn nəşri yazır ki, cinayətin motivi kimi 11-ci sinif şagirdinin imtahanların vaxtını uzatmaq istəməsi göstərilir. Saxlanılan şəxsin atası ittihamla razı deyil və oğlunun etirafı yazmağa məcbur edildiyini bildirib./oxu

 

İcmal.Az

RƏYLƏR