Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 119 nəfərə çatıb

OXUNUB: 762 DÜNYA

Hindistanın şimal-şərq və qərb regionlarında daşqınlar nəticəsində ölənlərin sayı 119 nəfərə çatıb.

 

 Ən ağır vəziyyət Qucarat ştatında yaranıb.

 

Burada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 25 nəfər həyatını itirib, 36 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

 

Regionda xilasetmə əməliyyatı davam edir. Əhali qayıq və helikopterlər vasitəsilə təbii fəlakət zonasından çıxarılır. /apa

 

 

İcmal.Az

RƏYLƏR