Hindistanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 19-a çatıb

OXUNUB: 307 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Hindistanın şimal-şərqindəki Manipur əyalətinin Noney rayonunda Tupul dəmir yolu tikintisi sahəsində baş verən sürüşmənin balansı artır. 200-dən çox şəxsi heyətin iştirakı ilə aparılan axtarış-xilasetmə işləri zamanı daha 5 nəfərin cəsədi aşkar edilib. Səlahiyyətlilər həyatını itirənlərin sayının 19-a yüksəldiyini, 50 nəfərin isə hələ də itkin düşdüyünü açıqlayıb.

İcmal.az

RƏYLƏR