Hindistanda xəstəxanada 60 uşaq öldü

OXUNUB: 642 DÜNYA

Hindistanın şimalındakı xəstəxanalaran birində süni nəfəs aparatlarının işləməməsi nəticəsində 60 uşaq ölüb.

Bu barədə BBC məlumat yayıb.

Məlumatda bildirilir ki, süni nəfəs aparatlarındakı hava ehtiyatı düz hesablanmayıb. Uttar-Pradeş ştatının hakimiyyət orqanları aparatlara hava verilməsinin dayandırıldığını etiraf edib.

Lakin eyni zamanda qeyd olunur ki, ölüm hallarının səbəbi başqadır. Bildirilir ki, ölənlərin böyük əksəriyyəti yeni doğulan körpələr və ençefalit xəstəsi olanlardır.  /report

 

İcmal.Az

RƏYLƏR