Hindistanlılar yeni prezident seçirlər

OXUNUB: 1072 DÜNYA

Bu gün yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə 08:30-da) Hindistanda prezident seçkiləri başlayıb, seçki məntəqələri açıq elan edilib.

Bu barədə İcmal.Az RİA Novosti-yə istinadən xəbər verir.

Hazırda Hindistan prezidenti Pranab Kumar Mukercidir. Bu il onun 82 yaşı olacaq. O, 2012-ci ildə Hindistan Milli Konqresi Partiyasının hökumətə rəhbərlik etdiyi zaman seçilmişdi. May ayında Mukerci seçkilərə qatılmayacağını elan etmişdi. Onun səlahiyyət müddəti iyulun 24-də başa çatır.

 

İcmal.Az

RƏYLƏR