Hitlerin timsahı öldü – 84 yaşında - FOTO

OXUNUB: 1220 MARAQLI

Moskva zooparkında Hitlerə məxsus olduğu iddia edilən Saturn adlı Missisipi timsahı ölüb.

 

İcmal.az-ın xəbərinə görə, bu barədə Moskva zooparkının "Facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yerləşdirilib.

 

Saturn 84 yaşında ölüb. Adətən, timsahlar 30-50 il yaşayır. Bu baxımdan Saturn timsahlar arasında ən uzunömürlü timsah da sayıla bilər.

 

Qeyd edək ki, Saturn 1936-cı ildə ABŞ-da anadan olub, daha sonra isə Berlin zooparkına aparılıb. Timsah 1943-cü ildə Berlin bombalanarkən zooparkdan qaçıb. Britaniyalılar 3 il sonra onu tapıb və SSRİ-yə təhvil verib. Əfsanələşmiş timsah o vaxtdan indiyə qədər Moskva zooparkında məskunlaşıb. Saturnun Hitlerin şəxsi kolleksiyasına daxil olduğu iddia edilib.

 Fotoları təqdim edirik

RƏYLƏR