Hokkaydoda Yaponiyanın kəşfiyyat təyyarəsi qəzaya uğrayıb

OXUNUB: 795 DÜNYA

Yaponiyanın Hərbi Hava Qüvvələrinin kəşfiyyat təyyarəsi Hokkaydo adası ərazisində qəzaya uğrayıb. 

Bu barədə yapon KİV-i məlumat yayıb. 

Ölkənin Müdafiə Nazirliyi bildirib ki, təyyarə aviadispetçer ilə əlaqəyə çıxmayıb. Təyyarənin göyərtəsində dörd nəfər olub. 

Nazirliyin məlumatına görə, təyyarə Hərbi Hava Qüvvələrinin şimal bölməsinə aiddir. Təyyarə təcili yardım tələb edilən xəstə üçün Sapporodan səmaya qalxıb.

NHK teleşirkətinin məlumatına görə, təyyarənin qalıqları Hokkaydo adasının cənub hissəsində Assabu şəhəri ətrafında aşkar edilib. /oxu.az

İcmal.Az

RƏYLƏR